!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad edilən Qarabağda ARTAN XƏRCLƏR: “Bərpa-quruculuq işlərinə tələb olunan vəsait...” – Millət vəkili

!Reklam – Yazi

“2024-cü ilin dövlət büdcəsinin Qarabağda bərpa-quruculuq işləri üzrə proqnozlaşdırılan xərcləri hələ ki müzakirə mərhələsindədir”.

Bu fikirləri Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa-quruculuq işləri üçün nəzərdə tutulan vəsait haqda danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bütün əraziləri üzərində suveren hüquqlarını tam bərpa etdiyi üçün quruculuq işlərinin həcmi və miqyası xeyli genişlənib:

“Bu isə Qarabağda aparılan bərpa işləri üçün əlavə vəsaitin tələb olunması deməkdir. Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsinin funksional istiqaməti, inzibati bölgüləri müəyyənləşib.

Əgər vəsait funksional istiqamət – yəni səhiyyə, təhsil, mədəniyyət, rabitə sahələrinə ayrılacaqsa, görüləcək işlər müəyyənləşdirilir, inzibati xərclər isə fərqli istiqamət olaraq formalaşdırılır və müvafiq vəsait ayrılır.

2024-cü ilin dövlət büdcəsinin Qarabağda bərpa-quruculuq işləri üzrə proqnozlaşdırılan xərcləri hələ ki müzakirə mərhələsindədir. Bu müzakirələrdən sonra dövlət büdcəsinin bütün xərcləri konkretləşəcək və ictimaiyyətə açıqlanacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv