Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşğaldan azad edilmiş ərazilərdə MƏSKUNLAŞMA: İqtisadçıdan “Kompakt kənd” konsepsiyası TƏKLİFİ

“Ölkəmizdə “kompakt kənd” yanaşması işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin müddətini xeyli qısaldacaq”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma ilə bağlı vəziyyətə münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə görə, inkişaf etmiş ölkələrdə “kompakt şəhər planlaşdırılması” ideyası uzun müddətdir, aktualdır və bu, ölkəmizdə də reallaşdırıla bilər:

İdeyanın mahiyyəti budur ki, pərakəndə məskunlaşmanın qarşısını almaq üçün şəhərlər çox geniş torpaqları tutmaqla salınmamalı, sıxlığın yüksəldilməsi hesabına daha məhdud məkanda, bütün xidmətlər və iş yerləri mümkün qədər hamı üçün eyni səviyyədə əlçatan və qısa məsafədə formalaşdırılmalıdır.

Məqsəd odur ki, insanlar çox xidmət əldə etmək, işə yetişmək üçün çox uzaq məsafə qət etməyə, avtomobildən istifadə etməyə ehtiyac hiss etməsin. Hətta ictimai nəqliyyatdan istifadə əmsalı yüksək olsa da, yenə də daha uzaq məsafəyə daha çox enerji və resurs xərclənir. Qısa məsafəyə isə insanlar hətta ayaqla hərəkət edə bilir”.

İqtisadçının fikrincə, “kompakt şəhər” konsepsiyasını işğaldan azad edilmiş ərazilərimizdə “kompakt kənd” yanaşması kimi istifadə etmək mümkündür:

“Hazırda Azərbaycanda 1 kəndə orta hesabla 1 120 nəfər əhali düşür. Amma işğaldan azad edilmiş ərazilərdə bu rəqəm daha aşağıdır. Məsələn, Qubadlı və Zəngilanda 320-340 nəfər, Kəlbəcər və Laçında 500 nəfər ətrafında, Füzuli, Ağdam və Cəbrayılda 750-1200 nəfər aralığında dəyişir.

Xüsusilə də ilk dörd rayonda azsaylı əhaliyə malik (maksimum 20-30 evdən ibarət) çox sayda kənd var. Burada yanaşma belə ola bilər ki, kəndlərin bərpası zamanı minimum say bir kənd üçün 100-150 ev təsərrüfatı götürülsün.

Bu cür planlaşma həm nəqliyyat, həm rabitə, həm də kommunal (su, qaz, elektrik) infrastruktrunun qurulmasında resurslara əhəmiyyətli qənaət imkanı verməklə yanaşı, bərpa prosesinin müddətini də xeyli qısaldacaq”.

Gülşən Şərif

www.yenicag.az

171