!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İşğaldan azad olunan yaşayış məntəqələrimizin sayı artır” – Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Ermənilərin Murovdağ silsiləsindəki bəzi yüksəklikləri geri almaları haqda yaydıqları məlumatlar tamamilə əsassızdır”.

Bunu döyüş bölgəsində oktyabrın 22-si saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, dünən gecə saatlarında Ağdərə və Ağdam istiqamətlərində atəş səngiməyib:

“Bu gün səhər saat 05:45-dən sonra ermənilər yenidən Ağdam və Tərtər istiqamətlərini atəşə tutmağa başlayıb. Azərbaycan artilleriyası isə düşmənin atəş nöqtələrinə zərbələr endirib. Həmin ərazilərdə döyüşlər davam edir. Bununla yanaşı, işğaldan azad olunan yaşayış məntəqələrimizin sayı artır. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Onu qeyd edim ki, ermənilərin Murovdağ silsiləsindəki bəzi yüksəklikləri geri almaları haqda yaydıqları məlumatlar tamamilə əsassızdır. Həmin istiqamətdə də təşəbbüs bütünlüklə Ordumuzun əlindədir”.

Gülşən Şərif

www.yenicag.az

5177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv