Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD-in yeni lideri kimdir?

83294Hava hücumları zamanı öldürülən İŞİD lideri Əl Bağdadidən sonra onun yerinə keçəcək şəxsin adı açıqlanıb.

Yeni lider İŞİD tərəfindən evi uçurulduqdan sonra təşkilatın sıralarına qatılan Səddam Camaldır.

Əvvəllər İŞİD-in tərkibində vuruşan, lakin islamı yanlış təqdim etdiyi üçün təşkilatdan qaçan Abdulla adlı şəxs qəzetə verdiyi reportajında yeni lider haqda maraqlı məlumatlar verib. Onun sözlərinə görə, əvvəllər narkotik satışı ilə məşğul olan Camal daha sonra Azad Suriya Ordusuna qatılıb: “İŞİD Camalın evini uçurdu, qardaşlarından birini öldürdü.

Digərini isə öncə girov götürdü, sonra öldürdü. Bundan sonra Camal yoxa çıxdı. 2013-cü ildə ortaya çıxdı və İŞİD-ə qoşulduğu açıqlandı. Şaitat adlı aşirət İŞİD-ə qarşı hücuma keçdiyi üçün aşirətin 700 üzvünü öldürdü. Bir ana ilə atanın gözü qarşısında uşaqlarının başını kəsib”.

Loading...

www.yenicag.az

513