!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD lideri Bağdadinin oğlu öldürüldü – FOTO

!Reklam – Yazi

Terror təşkilatı İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin övladlarından biri olan Xudayfah Əl-Bədri Suriyada öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə terror təşkilatı İŞİD-in təbliğatını aparan “Amaq” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Əl-Bədri Xumusta nüsayrilərə və ruslara qarşı keçirilən əməliyyat zamanı öldürülüb.

Həmçinin agentlik Bağdadinin sağ olduğunu və onun ölümünə dair bütün iddiaların cəfəngiyyat olduğunu yazıb.

Xatırladaq ki, hazırda Bağdadi dünyanın ən çox axtarılan terrorçusudur. Təkcə ABŞ onun özünü və ya ölüsünü gətirənə 25 milyon dollarlıq mükafat vəd edib.

www.yenicag.az

1717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv