İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərindəki kilsədə baş vermiş dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd edək ki, hadisə bazar günü, paytaxtda, Abbasidəki kilsədə qeydə alınıb. Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb.
Misirin prezidenti Əbdül Fəttah əs-Sisi matəm mərasimində bildirib ki, hadisəni gənc terrorçu törədib. Faktla bağlı 4 nəfər – 3 kişi və 1 qadın saxlanılıb. Onlar terror aktına hazırlıq planını həyata keçirməkdə, kamikadzeyə təlim keçməkdə, terror aktının yerini seçməkdə, habelə terrorçunu sığınacaqla təmin etməkdə şübhəli bilinirlər.
Yenicag.az