!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İslahatçı Gənclər” Özbəkistandakı səfiri təltif etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Quliyev “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “İlin Səfiri” Milli Mükafatı ilə təltif olunub. Mükafat səfirə Azərbaycanın Daşkənd şəhərindəki səfirliyində təqdim olunub.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, səfir Hüseyn Quliyev bu mükafata Özbəkistanla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi ciddi töhfələrə, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan həqiqətlərinin Özbəkistan ictimaiyyəti arasındakı geniş təbliği, eyni zamanda gənclərin təşəbbüslərinin dəstəklənməsindəki xidmətlərinə görə layiq görülüb. Bildirilib ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin aktiv fəaliyyəti nəticəsində Azərbaycanla Özbəkistan arasında son illərdə bir sıra genişmiqyaslı layihələr həyata keçirilib.

Səfir Hüseyn Quliyev mükafata görə “İslahatçı Gənclər” İctimai Birliyinə təşəkkür edib. Səfir qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Özbəkistandakı səfirliyi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin geniş təbliğ olunması üçün bundan sonra da aktiv fəaliyyət göstərəcək./Editor.az/

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv