!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İslahatlar effektiv nəticələr verməyəcək..." - İqtisadçıdan UNEC-dəki dəyişikliyə ETİRAZ

!Reklam – Yazi

“Kafedralarda dissertasiya müzakirələrində ixtisas sahibi olmayan insanların iştirakının könüllü olması kimi bir qərarın qəbul olunması istehza doğurur”.

Bu sözləri son günlər Azərbaycan Dövlət İqtisad Universitetində islahatların keçirilməsi ilə bağlı məsələni şərh edən professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, UNEC-in son islahatları effektiv nəticələr verməyəcək və gözləntiləri doğrultması ehtimalı çox azdır:

“Əldə etdiyim məlumata görə, guya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) islahatlar aparılır və Elmi Şuraya hansısa alimlər daxil edilir. Lakin adıçəkilən alimlərin müvafiq hazırlıq səviyyəsi fonunda Elmi Şuraya hansısa müsbət təkan verəcəyini gözləmək düzgün olmaz. Digər tərəfdən, kafedralarda dissertasiya müzakirələrində ixtisas sahibi olmayan insanların iştirakının könüllü olması kimi bir qərarın qəbul olunması istehza doğurur. Çünki bu qərar kafedraların formalaşmasına adekvat deyil. Belə ki, kafedrada təmsil olunan alimlərin dissertasiya müzakirəsində iştirak etməmək hüququnun olduğu bildirilir. Bu, doğru yanaşma deyil. Hazırda UNEC rəhbərliyində bir təşviş var. Yaxşı olardı ki, təşvişin əvəzinə sağlam islahatlar aparılsın və iqtisadi elm ölkəmizdə inkişaf etdirilsin”.

Qeyd edək ki, bir neçə gün öncə UNEC-in Elmi Şurasının iclası keçirilib və şuranın yeni tərkibi formalaşdırılıb.

Gülşən Şərif

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv