Reklam

Reklam

IV İslam Həmrəyliyi oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim edilib.

Fərqli görünüşlərə malik formalar, texniki rəsmilər, işçi heyəti və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub.

Oyunların Könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatı ilə bağlı etdiyi çıxışı zamanı bildirib ki, artıq formaların istehsalına başlanılıb: “Formalar hər bir Oyunların önəmli atributu sayılır və burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə Oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq”.

Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.
Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.
İslamı özündə təcəssüm etdirən, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının da rəngi olan yaşıl, əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünə məxsus ahəngdarlığı ilə yer almışdır.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.