!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İslami Müqavimət" qüvvələri İsrailə görə ABŞ-nin bazasına ZƏRBƏ ENDİRDİ - FOTO

!Reklam – Yazi

“İslami Müqavimə” qüvvələri ABŞ-ni İraqın qərbində, Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd bazasını atəşə tutub.

Yenicag.az xəbər verir ki, onlar əvvəlcə bununla bağlı yazılı xəbərdarlıq yayıblar. İraqdakı “İslami Müqavimət” qüvvələri  İsrail və ABŞ gəmilərinə pilotsuz uçan aparatlardan zərbələr endiriləcəyini açıqlayıb.

Şiələrin bildirdiyinə görə, bu hərəkətlər Qəzza zolağında törədilən “cinayətlərə” cavab idi:

“Düşmənin Qəzzada xalqımıza qarşı törətdiyi cinayətlərə cavab olaraq, İraqdakı “İslam Müqavimət” döyüşçüləri İraqın qərbindəki Amerikanın işğalı altında olan Ayn əl-Əsəd bazasına pilotsuz uçuş aparatı ilə zərbə endiriblər”.

Xatırladaq ki, hoyabrın 6-da  “İraq İslam Müqaviməti” İraq və Suriyada ABŞ-nin 4 hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.

Xüsusilə, onlar İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına hücum ediblər.

Xuraman Etibarlı

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv