Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İslamı qəbul etmiş – 10 məşhur

Dünya məşhurları müxtəlif səbəblərə görə bu və ya digər dinə yönəlirlər. Bəziləri həyat keşməkeşlərindən göylərdə özünə dəstək axtarır, kimsə bununla həyatını düzgün istiqamətdə davam etdirmək istəyir, digərləri isə din vasitəsilə özünə diqqət cəlb etmək istəyir.

Yeniçağ.az müsəlmanlığı qəbul edən 10 məşhuru təqdim edir:

Mayk Tayson

2016-04-23-3almgh-mayk-tayson
Əfsanəvi boksçu Mayk Tayson dünyada sadəcə idman sahəsilə deyil, 10 il əvvəl müsəlmanlığı qəbul etməsiylə də məşhurdur. 1991-ci ildə Tayson 18 yaşlı qıza təcavüz etməkdə ittiham olunub. Depressiyada olan boksçu təcavüz ittihamından sonra daha pis vəziyyətə düşüb. Həbs olunan boksçu azadlığa çıxdıqdan sonra İslamı qəbul edib və bundan sonra onun həyatı tamamilə dəyişib.

Canet Cekson

maykilceksonƏfsanəvi Maykl Ceksonun kiçik bacısı Canet Cekson qətərli milyarderlə ailə qurduqdan sonra dini baxışını dəyişib. Bir neçə ay əvvəl 50 yaşlı Canetin övladı dünyaya gəlib və ona İsa adı verilib.

Yuliya Volkova

julia-volkova

Məşhur rusiyalı müğənni, TATU qrupunun solisti Yuliya Volkova da dini inanclarını dəyişib. Yuliyanın 2 övladı var. İslam dinini də 9 yaşlı oğlu Samirin atası Pərviz Yasinovla tanış olduqdan sonra qəbul edib. Müğənni Şərq mədəniyyəti və İslam fəlsəfəsinə heyran olduğunu açıqlayıb. Onun ərəb dilində bir neçə döyməsi də var. Lakin münasibəti bitdikdən sonra pravoslav baxışlarına geri qayıdıb.

Kendra Spirs

kendra_spears_brunette_face_eyes_earrings_make-up_88793_3840x2400

Məşhur model Kendra Spirs və şahzadə Rəhim Ağaxanın hekayəsi nağılları xatırladır. Müxtəlif mədəniyyətlərdən gələn və fərqli dini baxışları olan 2 insan sevgi ilə birləşib. Nəticədə, varis şahzadə Kendraya model kimi çalışmağa icazə verib. Kendra isə öz növbəsində İslamı qəbul edib və hətta adını şahzadə Salva olaraq dəyişdirib. İndi onun oğlu İrfan böyük bir varidatın və taxt-tacın varisidir.

Uil Smit

uil-smit

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, İslamı qəbul edən məşhurlardan biri də məşhur Hollivud ulduzu Uil Smitdir. Aktyor filmdə Məhəmməd Əlini canlandırdıqdan sonra belə bir qərar qəbul edib.

Amal Kluni

amal-clooney-gettyimages-491415794_1600jpg

Dəb ikonası, beynəlxalq hüquq üzrə mütəxəssis və Corc Klunini evlənməyə, hətta ata olmağa razı salmış qadın Amal Kluni İslam dininə sitayiş edir. Əkiz övlad gözləyən Amalın övladlarını hansı dinə yönəldəcəyi böyük maraq doğurur.

Basta Rayms

busta rhymes & venom energy photo shoot

1990-cı illərin məşhur reperi Basta Rayms artıq 10 ildən artıqdır ki müsəlmandır. Dini səssiz şəkildə qəbul edən reper yalnız müsahibələrindən birində pərəstişkarlarına bu barədə məlumat verib.

Məhəmməd Əli

3f9414cfba8bcbe39f76973cdc166df5Bütün dövrlərin əfsanəvi boksçusu Məhəmməd Əli dünya boks və müsəlmanlıq tarixinə düşüb. İlk olaraq adı Kassius Martsellus Kley olan boksçu 22 yaşında, boksda ilk qələbəsindən bir həftə sonra adını dəyişib.

Rita Ora

ritaora

Tanınmış müğənni Rita Ora da müsəlman dininə sitayiş edir. Onun əslən Yuqoslaviyadan olan ailəsi Böyük Britaniyaya immiqrasiya etməli olub. Ritanın anası katolik, atası isə müsəlmandır. Müğənni dəfələrlə dininə hörmətlə yanaşdığını qeyd edib.

Lindsi Lohan

lindsay-lohan-ftr

Qalmaqallı aktrisa Lindsi Lohanın İslamı qəbul etməsinə dair şaiyələr dolaşır. Onu tez-tez əlində Quran kitabıyla görənlər Lindsinin yaxın zamanda İslamı qəbul etdiyini açıqlayacağını gözləyirlər.

 

Aydan
Yeniçağ.az

www.yenicag.az

2218
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100