İslamiada: Güləşçilərimiz finala vəsiqə qazandı

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

Yenicag.Az xəbər verir ki, növbəti yarış günündə iki güləşçimiz finala vəsiqə qazanıb.

Belə ki, 61 kq. çəki dərəcəsində çıxış edən Hacı Əliyev yarımfinalda Məsud Esmailporjuybari ilə qarşılaşıb. İran təmsilçisinə 8:1 hesabı ilə qalib gələn Əliyev, adını finala yazdırıb. O, qızıl medal uğrunda qırğızıstanlı Alibek Osmanovla münasibətlərə aydınlıq gətirəcək.

70 kq. çəki dərəcəsində çıxış edən Murtazali Müslimov da adını finala yazdırmağı bacarıb. O, finala gedən yolda Ruslan Sadibakasovla qarşılaşıb. Qırğızıstan təmsilçisinə 14:3 hesabı ilə qalib gələn güləşçimiz qızıl medalın bir addımlığındadır.

Yenicag.az

Loading...