İslamiada: Orxan Səfərov çempion!

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının final görüşləri davam edir.

Yeniçağ.Az xəbər verir ki, cüdoçularımızdan Orxan Səfərov maksimum nəticəyə imza atıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Bəkir Özlü ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən qarşılaşma Səfərovun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yeniçağ.az