!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslamofobiya ilə mübarizədə Azərbaycanın ROLU: “Mənfi tendensiyalara vaxtında reaksiya verərək...”

!Reklam – Yazi

“İndiki dövrdə Azərbaycan dünyada islamofobiyaya ən çox məruz qalan ölkələrdən biridir”

Bu fikirləri islamofobiyaya qarşı beynəlxalq mübarizədə Azərbaycanın rolu haqda danışan Milli Məcisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan islamofobiya ilə mübarizə siyasətini uğurla həyata keçirir:

“Qeyd etmək lazımdır ki, Azərbaycan dünyada öz tolerantlığı və multikulturallığı ilə seçilən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Ölkəmizdə İslam dininə hörmətlə yanaşılır və İslam dəyərləri həssaslıqla qorunur.

İndiki dövrdə Azərbaycan dünyada islamofobiyaya ən çox məruz qalan ölkələrdən biridir. Həmçinin dövlətimiz cənab Prezidentin rəhbərliyi ilə islamofobiyaya qarşı ən fəal mübarizə aparan dövlətlər sırasında xüsusi yer tutur. Ölkəmizdə bu siyasət uğurla aparılır və dünyada bu istiqamətdə müşahidə olunan mənfi tendensiyalara öz reaksiyasını verir.

Martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransada bu məsələlərə ətraflı toxunuldu və Azərbaycan bu istiqamətdə uğurlu siyasət həyata keçirdiyini açıq-aydın nümayiş etdirdi”.

Nuray Məmmədzadə

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv