!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslanan sayğaclar: “İnsan faktoru olan yerdə nöqsan qaçınılmazdır” - "Azəriqaz"dan AÇIQLAMA

!Reklam – Yazi

“Zənnimcə, əməkdaşlarımız yeni sayğacı quraşdıran zaman əlavə qoruyucu qutu olmayıb”.

Bunu “Azəriqaz” İstehsalat Birliyi əməkdaşlarından narazçılıq edən abonentin şikayətinə cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi rəisi Eldəniz Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Abonent evdə olmayan zaman yeni sayğacın quraşdırılmasına və yeni quraşdırılmış sayğac üzərinə qoruyucu qutunun əlavə edilməməsinə münasibət bildirən Eldəniz Vəliyev deyib ki, “AzəriQaz” İstehsalat Birliyi hazırda məsələ ilə maraqlanır:.

Eldəniz Vəliyev bildirib ki, “AzəriQaz” İstehsalat Birliyi hazırda məsələ ilə maraqlanır:

“İstismar müddəti başa çatmış sayğaclar yeniləri ilə əvəz olunmalıdır. Nadir hallarda isə bəzi problemlərlə qarşılaşa bilərik. Zənnimcə, əməkdaşlarımız yeni sayğacı quraşdıran zaman əlavə qoruyucu qutu olmayıb. Bir neçə gün ərzində həmin qutu sayğacın üzərinə yerləşdirilir. İnsan faktoru olan yerdə nöqsan qaçınılmazdır.

Əməkdaşlarımıza abonentin iştirakı olmadan sayğacın dəyişdirilməsini qadağan etmişik. Problemlə qarşılaşan abonentlər dəfələrlər evdə olmayıb. Əməkdaşlarımız bir ünvana üç-beş dəfə gedib abonentin uyğun zamanın gözləyə bilməz. İki milyon dörd yüz min abonent var. Hər bir abonenti gözləsək, nə qədər vaxt itirərik? Məsələ ilə bağlı əməkdaşlarımızla yanaşı abonentin də məsuliyyət yükü var.

Abonentin iştirakı ilə yeni sayğacı quraşdırmağa çalışırıq. Nadir hallarda abonent evdə olmayan zaman məcburiyyət qarışısında qalaraq qonşu şahidliyi ilə işimizi görürük”.

Nəsimi Ələsgərli

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv