!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşləməyən beynəlxalq hüquq: "Təəssüf ki, insanlıq və bəşəriyyət üçün ləkə olan Xocalı soyqırımına..."

!Reklam – Yazi

“Ermənistan təcavüzkar siyasətinə görə cəzalandırılmadığı üçün ruhlanır”.

Bunu ötən əsrin 90-cı illərində Bağanis Ayrım (24.03.1990), Kərkicahan (1991), Meşəli (22.12.1991), Qaradağlı (14-17.02.1992), Başgüneytəpə (06.1991-03.1992), Ağdaban (08.04.1992), Ballıqaya (28.08.1992) və Başlıbeldə (18.04.1993) azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınları dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, beynəlxalq hüququn işləməməsi və ya sadəcə lazım gələndə işləməsi səbəbindən Azərbaycana qarşı Xocalı soyqırımı və digər kütləvi qırğınlar törədən Ermənistan hələ də cəzalandırılmayıb:

“Qarşıdan tariximizin qara səhifələrindən biri, Ermənistanın və havadarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımın ildönümü gəlir. Xocalı soyqırımı dünya, insanlıq və bəşəriyyət tarixində törədilən ən qanlı hadisələrdən biridir. Təəssüf ki, insanlıq və bəşəriyyət üçün ləkə olan Xocalı soyqırımına hələ də beynəlxalq aləmdə lazımi dəyər verilməyib. Bundan başqa, ermənilər tərəfindən törədilən digər kütləvi qırğınlar da lazımi səviyyədə dəyərləndirilməyib. Ermənistan təcavüzkar siyasətinə görə cəzalandırılmadığı üçün ruhlanır və əsrin sonunda Azərbaycandan nələrsə qoparmağa çalışırdı. Öz məqsədinə çatmaq üçün isə soyqırımına əl atırdı. Ermənistan məhz bu addımları ilə Azərbaycanın ərazilərini işğal etmişdi. Bu, beynəlxalq ictimaiyyətdə güc və söz sahibi olan təşkilatlar üçün çox ciddi qınaq obyektidir.

Qeyd edim ki, soyqırımı kimi hadisələr başqa ölkələrdə də olub. Lakin belə bir deyim var ki, haqqı vermirlər, onu alırlar. Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla öz haqqını qorudu. Eyni zamanda, 1990-cı ilin əvvəllərində Ulu Öndər Heydər Əliyevin dövründə Xocalı faciəsinə hüquqi qiymət verilməsi istiqamətində bir sıra addımlar atılmışdı. Daha sonra isə ölkə başçısı İlham Əliyevin tapşırığı ilə Xocalı soyqırımının tanınması ilə bağlı mühüm işlər görüldü. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü addımlar atıldı. Kampaniya çərçivəsində bir sıra dövlətlərin parlamentlərində, ABŞ-nin ayrı-ayrı ştatlarında faciənin tanınması ilə bağlı müəyyən nailiyyətlər əldə olundu. Lakin bu işlər prosesin bitdiyini göstərmir. Təbii ki, prosesə hələ də layiqli cavab verilməyib.

Əgər dünya bu faciəyə etinasızlıq göstərməyə davam edərsə, bu halda, Azərbaycan tərəfinin soyqırımı törədən şəxslərin cəzalandırılması istiqamətində addımlar atmağa haqqı və hüququ var”.

Gülşən Şərif

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv