!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşləyənlər üçün məcburi dispanser müayinəsi TƏTBİQ OLUNACAQ

!Reklam – Yazi

İşləyənlər üçün məcburi tibbi müayinə tətbiq olunacaq.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikova”Milli Səhiyyə 2023″ konqresinin açılışında məlumat verib.

O bildirib ki, Rusiyada işləyən vətəndaşların dispanser müşahidəsi 2024-cü ildən tətbiq olunacaq, Bu tarifə əsasən işçilər məcburi tibbi müayinədən keçməlidirlər.

“Gələn ildən biz icbari tibbi sığorta sistemi üçün ayrıca tariflə işçilərin dispanser monitorinqini tətbiq edəcəyik”, – Qolikova deyib.

Baş nazirin müavininin sözlərinə görə, tibbi müayinə ya şirkətin öz daxilindəki tibb təşkilatı tərəfindən, ya da üçüncü qurumla razılaşma yolu ilə təşkil oluna bilər.

Həmçinin həm qadınlarda, həm də kişilərdə reproduktiv funksiyanın yoxlanılması tibbi müayinə proqramına əlavə olunacaq.

Xuraman Etibarlı

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv