Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsmayıllıda ağır yol qəzası: ölən və yaralananlar var

Bu gün axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, yerli sakin Vasili Kazkov “31-AA-045” dövlət qeydiyyat nişanlı “UAZ” markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər – İvanovka kənd sakinləri – 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov və 28 yaşlı Vladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxansına çatdırılsalar da, onlardan Vladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4286
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100