Reklam: High Technic
hightechnic

İsmayıllıda dağlıq ərazidə yanğın başlayıb

İsmayıllı rayonunda dağlıq ərazidə yanğın baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

“Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Keyvəndi kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində, əsasən, əl əməyindən istifadə olunur. İlkin məlumata əsasən, təxminən, 10 ha sahədə quru ot və kol-kos yanıb. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

www.yenicag.az

101