!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda fəaliyyət göstərən marketdə nöqsanlar aşkar edildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İsmayıllı rayonu, N.Nərimanov küçəsi 45 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov İlqar Məzlum oğluna məxsus “Bolluq Story” marketdə plandankənar yoxlama aparılıb.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların yerləşdiyi rəflərin və soyducuların təmizliyinə nəzarət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv