Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İsmayıllının Zəfər şəhidləri” – Yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun kitabı çap olundu

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər şəhidləri” adlı kitabı çap olunub.

Yenicag.az xəbər verir ki, nəşrdə 44 günlük Vətən müharibəsində İsmayıllıdan 830 nəfər könüllünün iştirakından, torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.

Müəllif müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında göstərdiyi rəşadətdən və qazanılan Qələbədən söz açaraq Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqavimətinin qırıldığını bir daha qeyd edib.

Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.

Kitab “Zərdabi Nəşr” MMC Nəşriyyat Poliqrafiya Müəssisəsində çap olunub. Kitab şəhid ailələrinə təqdim olunacaq.

 

www.yenicag.az

188
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100