!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İspaniya İranı "QARALADI": "Siyasətçiyə sui-qəsddə əli var"

!Reklam – Yazi

Kataloniya mühafizəkarlarının keçmiş liderinə qarşı sui-qəsddə İranın əli ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, noyabrın 9-da İspaniyanın paytaxtı Madridin mərkəzində naməlum şəxs Kataloniyanın mühafizəkar Xalq Partiyasının keçmiş lideri 78 yaşlı Alexo Vidal Kuadrasa atəş açıb.

Parisdə yerləşən İranın müxalifət qrupu “Nehzet-e Moqavemet-e Melli-e” Iran İslam Respublikasını siyasətçiyə hücumda ittiham edib.

2022-ci ilin oktyabrında Aİ Məhsa Əmininin ölümündən sonra İslam Respublikasına qarşı sanksiya tətbiq edib. Aİ-nin İslam Respublikasına tətbiq etdiyi sanksiyalara cavab olaraq Vidal-Kuadras İranın sanksiyalar siyahısına salınıb. İranın sanksiyalarına viza qadağası və siyasətçinin ölkəyə girişinə qadağa da daxildir.

Xatırladaq ki, Məhsa Əmini 22 yaşlı kürd əsilli qız idi. Hicab taxma qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 2022-ci il sentyabrın 16-da aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun ölümündən sonra bütün İranda hökumət əleyhinə kütləvi etirazlar başlayıb.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv