!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail baş nazirinin oğlundan TƏXRİBAT: Azərbaycan ərazilərini “Kürdüstan” adlandırdı

!Reklam – Yazi

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun Türkiyə, Azərbaycan, Suriya, İraq və Gürcüstan ərazilərini şübhə altına alan “Kürdüstan” paylaşımı sosial şəbəkələrdə rezonans doğurub.

İsrail liderinin oğlunun ölkəsinin Qəzza və Rəfahda apardığı hərbi əməliyyatlar fonunda rəsmi Ankara ilə Təl-Əviv arasında gərginləşən münasibətlərə özünəməxsus cavab olaraq sözügedən paylaşımı etməsi tənqidlərə səbəb olub.

Türkiyə və ətraf ölkələrə qarşı separatçılıq meyllərini təlqin edən Yair Netanyahunun paylaşımında gözdən qaçmayan səbəblərdən biri də Azərbaycanın Şərqi Zəngəzur ərazilərinin “Kürdüstan”a daxil edilməsi olub.

Azərbaycan-İsrail münasibətlərinin müsbət məcrada irəliləməsini nəzərə alsaq, Netanyahunun oğlunun adıçəkilən paylaşımının birmənalı qarşılanmaması normaldır. Analitiklərin fikrincə, Ankaranın Qəzzada baş verənlərə qarşı sərt reaksiya göstərməsi İsrail liderinin oğlunu qıcıqlandırıb deyə o, 40 ildən çoxdur Türkiyənin əsas problemlərindən birinə çevrilən kürd məsələsini qabartmağa meyl göstərir.

Yenicag.az-la söhbətində siyasi təhlilçi Fuad Şahbazov isə söyləyib ki, Azərbaycan-İsrail münasibətləri Benyamin Netanyahu və onun ailə üzvlərinin üzərində qurulmayıb:

“Çünki bundan əvvəlki İsrail hökuməti ilə arasında münasibətlər çox sıx idi. Aydındır ki, yaxın gələcəkdə Netanyahunun hökumət kabinəsi uzunömürlü olmaya bilər. Ona görə də onu əvəz edən hökumətlə eyni dərəcədə Azərbaycanın yaxın təmasları olacaq”.

Politoloq xatırladıb ki, bundan öncə də Benyamin Netanyahunun oğlu Yair Netanyahunun bu kimi hərəkətləri olub:

“Mənə elə gəlir ki, bunlar onun Azərbaycan və Türkiyəyə qarşı olan şəxsi görüşündən və düşüncəsindən irəli gəlir. Netanyahunun oğlu siyasi bir fiqur deyil deyə, onun paylaşımlarını adi vətəndaşın şəxsi fikirləri kimi qəbul etmək lazımdır. Qısacası, o siyasi fiqur olsaydı, onunla bağlı sərt reaksiya və tənqid çoxdan baş verərdi”.

Rafi Müslümov

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv