!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail-Fələstin münaqişəsinə KƏNAR MÜDAXİLƏ: “Bu hücumun arxasında başda İran olmaqla...”

!Reklam – Yazi

“Münaqişənin təhlükə riskini artıran başlıca məqam qarşıdurmanın dini zəminə keçmə ehtimalıdır”.

Bunu İsrail-Fələstin hərbi toqquşmasına digər ölkələrin mümkün müdaxilə ehtimalını dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə, baş verən son toqquşmalar 70 illik İsrail-Fələstin münaqişəsinin tərkib hissəsidir:

“Bu münaqişə bəzən aktiv fazaya keçsə də, müəyyən zaman kəsimində passiv formada davam edir. Bir anda yaşanan proseslər – HƏMAS-ın İsrailə müxtəlif istiqamətlərdən hücuma keçməsi təsadüf ola bilməz. Bu, uzunmüddətli hazırlıqların nəticəsidir.

İsrailə edilən hücumu HƏMAS-ın təkbaşına planlaması və həyata keçirməsi düşünülmür. Əminliklə demək olar ki, bu hücumun arxasında başda İran olmaqla, bir sıra güclər dayanır.

Münaqişənin təhlükə riskini artıran başlıca məqam qarşıdurmanın dini zəminə keçmə ehtimalıdır. Bu isə böyük fəlakətə yol aça bilər. Əgər indiki toqquşma tezliklə sakitləşdirilməsə, münaqişənin gələcəkdə daha böyük corğafiyaya yayılma ehtimalı yüksəkdir.

O baxımdan, vasitəçilərin dövrəyə girərək münaqişə tərəflərini bir araya gətirmələri tələb olunur. Bu halda müsbət nəticəyə ümid etmək mümkündür. Ancaq tərəflərin masaya oturub-oturmayacaqları indi çox qeyri-müəyyəndir.

Qarşıdakı yaxın müddətdə İsrail-Fələstin münaqişəsinin inkişaf perspektivi barədə daha dəqiq fikir söyləməyə şərait yaranacaq. Hazırda reallıq ondan ibarətdir ki, münaqişə qarşısı alına bilinməyən ssenari üzrə davam edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

3032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv