!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İsrail heç vaxt əsirlərini geri qaytara bilməyəcək" - HƏMAS rəhbəri

!Reklam – Yazi

“İsrail heç vaxt əsirlərini geri qaytara bilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu HƏMAS rəhbəri İsmayıl Haniyə cümə axşamı deyib. HƏMAS  Siyasi Bürosunun rəhbəri deyir ki, İsrail girovları yalnız hərəkatın müəyyən etdiyi qiymətə qaytara biləcək.

“Sionist düşmən əvəzini ödəmədikcə əsirlərini geri qaytara bilməyəcək. Düşmənin bütün planları iflasa uğrayacaq. O, öz məqsədlərinə nail ola bilməyəcək və əsirlər Fələstin müqavimətinin müəyyən etdiyi qiymətlərlə geri qaytarılacaq”, – Haniyə deyib.

O qeyd edib ki, əgər İsrail qüvvələri “uzun döyüşə hazırdırsa, HƏMAS buna hazırdır”.

Eyni zamanda, Haniyə “düşməni təcavüzü dayandırmağa, zolağın blokadasını qaldırmağa və Qəzzaya zəruri əşyaları çatdırmaq üçün sərhəd keçidlərini açmağa” məcbur etmək üçün İsrailə təzyiq göstərməyin zəruriliyinə diqqət çəkib.

Haniyə ərəb və müsəlman ölkələrini Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilmiş sammitinin qərarlarını icra etməyə çağırıb.

Xuraman Etibarlı

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv