!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail HƏMAS-ın gizləndiyi tunelləri su ilə DOLDURACAQ - FOTO

!Reklam – Yazi

İsrail Qəzza zolağında HƏMAS silahlılarının gizləndiyi tunelləri suya basacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilir ki, İsrail Qəzza zolağında HƏMAS silahlılarının gizləndiyi tunelləri dəniz suyu ilə doldurmağı planlaşdırır.

Qəzza zolağının altında ümumi uzunluğu 500 km-ə qədər olan geniş tunellər şəbəkəsi mövcuddur. İsrail onu su ilə doldurmaq imkanını araşdırır. Bu məqsədlə nasos sistemi yığılıb.

Qeyd olunur ki, İsrail hələ də ondan istifadə planını təsdiq etməyib.

Ekspertlər isə yeraltı döyüşlərin hərbçilər və mülki şəxslər arasında itkilərlə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.

Xuraman Etibarlı

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv