!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail HƏMAS-ın hərbi-dəniz obyektlərinə zərbələr endirdi

!Reklam – Yazi

İsrail ordusu HƏMAS-ın sahillərdə hücumlar həyata keçirmək üçün istifadə etdiyi dəniz obyektlərinə zərbələr endirdiyini bildirib.

Yenicag.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı press-relizdə məlumat verilib.

Qeyd olunub ki, İsrailə girmək istəyən dalğıc da öldürüb: “Son saatlarda terror təşkilatının İsrail sahillərində terror aktları törətmək üçün istifadə etdiyi Xan Yunis və Qəzza limanları da daxil olmaqla, HƏMAS-ın hərbi dəniz qurğuları hədəfə alınıb. Hədəflər raket katerlərindən, helikopterlərdən və yerüstü artilleriya batareyalarından artilleriya atəşinə məruz qalıb”.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Son məlumatlara görə, HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 1200 nəfərə çatıb, Fələstin tərəfi münaqişənin 830 qurbanı olduğunu bildirib. Bu gün İsrail ordusu HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin Qəzza zolağındakı evini də hədəf alıb.

 

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv