!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail HƏMAS-ın Qəzzanı sərbəst tərk etməsinə şərait yaradacaq - ŞƏRTİ VAR

!Reklam – Yazi

İsrail HƏMAS liderlərinin və döyüşçülərinin Qəzzanı sərbəst şəkildə tərk etməsinə şərait yaradacaq. 

Yenicag.az xəbər verir ki, bu məlumatı İsrailin “Yediot Ahronot” qəzeti yayıb.

“İsrail HƏMAS hərəkatının liderlərinə, o cümlədən onun silahlı qanadına bütün girovların azad edilməsi müqabilində Qəzza zolağının sərbəst şəkildə tərk edilməsi imkanını müzakirə edir. Çünki bu, müharibənin qısa müddətdə başa çatmasına imkan verəcək”, – qəzet yazıb.

Nəşr qeyd edir ki, hazırkı hərbi kampaniya çərçivəsində HƏMAS-ın bütün şəxsi heyətinin və Qəzza zolağında infrastrukturun fiziki olaraq ləğvi illər çəkəcək, ən əsası isə böyük itkilərə səbəb olacaq.

Xuraman Etibarlı

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv