!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail-HƏMAS müharibəsində öldürülən jurnalist sayı AÇIQLANDI 

!Reklam – Yazi

İsrailin Fələstinin HƏMAS hərəkatı ilə müharibəsi başladığı gündən Qəzza zolağında 46 jurnalist həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə ISNA agentliyi anklavın Fələstin hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Jurnalistlərin Müdafiə Komitəsinin noyabrın 2-nə olan məlumatına görə, döyüşlər zamanı azı 36 jurnalist və media işçisi həlak olub. Onlardan 31-i fələstinli, dördü israilli, biri isə livanlıdır.

Bundan əlavə, səkkiz jurnalist yaralanıb, 9 jurnalistin itkin düşdüyü və ya saxlanıldığı bildirilir. CPJ hərbi əməliyyatlar bölgəsində jurnalistlərin ailə üzvlərinə hücumlar, həbslər, təhdidlər, senzura və qətllərin davam etdiyini iddia edir.

İsrail Müdafiə Qüvvələri Reuters və AFP-nin Qəzza zolağında jurnalistlərin hədəf alınmayacağına dair zəmanət vermək tələblərini rədd edib. İsrail ordusu bunu digər məsələlərlə yanaşı, HƏMAS-ın hərbi əməliyyatlarını “jurnalistlərə və mülki şəxslərə yaxın” həyata keçirməsi ilə izah edib./Qaynarinfo

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv