!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail-HƏMAS müharibəsində ölən jurnalistlərin sayı AÇIQLANDI

!Reklam – Yazi

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) oktyabrın 7-dən bu günə kimi İsraillə HƏMAS arasında gedən müharibədə 31 jurnalistin həlak olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

Onlardan dördü oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı İsraildə öldürülüb. Qəzzada daha 26 nəfər həlak olub.

Livanda bir jurnalist ölüb. Ehtimal ki, bu İsrailin “Hizbullah”ı atəşə tutması nəticəsində baş verib.

CPJ daha 9 jurnalistin itkin düşdüyünü və ya saxlandığı bildirilir.

“CPJ həmçinin qətllər, itkin düşmələr, həbslər, xəsarətlər və ya digər jurnalistlərə qarşı təhdidlər, həmçinin media ofislərinə və jurnalistlərin evlərinə ziyan dəyməsi ilə bağlı çoxsaylı təsdiqlənməmiş xəbərləri araşdırır”, deyə press-relizdə bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail istiqamətindən Livan ərazisinin atəşə tutulması nəticəsində “Reuters”in operatoru həlak olub, daha 6 jurnalist yaralanıb./Qaynarinfo

 

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv