!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail HƏMAS Siyasi Bürosunu tədricən MƏHV EDİR - FOTO

!Reklam – Yazi

HƏMAS Siyasi Bürosu tədricən sıradan çıxarılır.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə HƏMAS-ın İqtisadiyyat naziri Cavad Əbu Şamalın hərbi təyyarənin vurulması nəticəsində həlak olduğu bildirilib. İddialara görə, o, qrupun maliyyəsini idarə edib və Qəzza daxilində və xaricində terrorizmi maliyyələşdirmək üçün pul ayırıb.

Ardınca İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS Siyasi Bürosunun yüksək rütbəli üzvü Zəkəriyyə Əbu Maamarı öldürüb. O, HƏMAS-ın yüksək rütbəli lideri və Qəzza zolağındakı terror qruplaşmalarının koordinatoru idi.

Daha sonra İsrail ordusunun Qəzza zolağında HƏMAS hədəflərinə endirdiyi hava zərbələri nəticəsində Xalq Müqavimət Komitələri koalisiyasının hərbi qanadının komandiri Hüseyn Əbu Halal  öldürülüb.

Son məlumata görə, Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şanti də Qəzzada həlak olub.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin Həmas qruplaşması İsrailə qarşı hərbi əməliyyatlara başlayıb. İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” əməliyyatına başlamaqla cavab verib və hökumət ölkənin müharibə vəziyyətinə düşdüyünü elan edib.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv