!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail İran məsələsində rəsmən geri ADDIM ATDI: Hersok müharibə ilə bağlı bunları dedi

!Reklam – Yazi

İsrail prezidenti İsxak Hersoq İranın ötən gecə həyata keçirdiyi hava hücumları ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, o bu barədə Britaniyanın “Sky News” televiziyasına danışıb.

Hersoq İranın İsrailə hücumunu “müharibə elanı” kimi qiymətləndirib.

İsrailin “sülh tərəfdarı” olduğunu iddia edən Hersoq, “İsrailin qurulduğu gündən bu yana bu bölgədə axtardığı son şey müharibə etməkdir” deyib.

İsrail üçün prioritet məsələnin Qəzzadakı girovların sərbəst buraxılması olduğunu ifadə edən Hersoq Qəzzaya “bir çox keçid qapıları açdıqlarını və böyük miqdarda yardımın paraşütlə atılmasını təmin etdiklərini” iddia edib.

Digər tərəfdən, İranın İsrailə hücumundan sonra bir araya gələn İsrail müharibəNazirləri Kabineti iclasa yaxın mənbələrə əsaslanaraq İsrail mətbuatında Kabinetin iclasının İrana reaksiya ilə bağlı bir qərara gəlmədən başa çatdığını bildirib.

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv