!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail Livanla sərhəddə 14 yaşayış məntəqəsini boşaldacaq

!Reklam – Yazi

İsrail Müdafiə Qüvvələri bildirib ki, ölkə hakimiyyəti Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır.

Yenicag.az xəbər verir ki, bu barədə ordunun “Telegram” kanalında məlumat verilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı ələ keçirib və 200-dən çox insanı girov götürüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir./Oxu.az/

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv