!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Israil ordusu HƏMAS yaraqlılarını kütləvi şəkildə ƏLƏ KEÇİRDİ - FOTO

!Reklam – Yazi

Israil ordusu (SAXAL) HƏMAS yaraqlılarını kütləvi şəkildə ələ keçirib.

Yenicag.az xəbər verir ki, mediada İsrail əsgərlərinin Qəzza zolağında onlarla fələstinli silahlını əsir götürərək sorğu-sual etdiyini əks etdirən video və fotoşəkillər yayılıb.

İsrail ordusunun mətbuat attaşesi general Daniel Haqari yayılan video və fotoşəkilləri şərh edib.

“Cəbaliya və Şecaya terrorçuların ağırlıq mərkəzləridir və biz onlarla mübarizə aparırıq. Onlar yerin altında – tunellərdə gizlənirlər, sonra çıxırlar və biz onlarla vuruşuruq.

Bu ərazilərdə kim qalıbsa, tunellərdən və tərk edilmiş binalardan çıxır. Biz onları saxlayıb öyrənirik ki, HƏMAS-la əlaqələrinin olub-olmadıını öyrənirik. Yaraqlıların həbsi və dindirilməsi davam edir”, – deyə Haqari jurnalistlərin ona ünvanladığı sualı cavablandırıb.

Bundan əvvəl internetdə İsrail əsgərlərinin Qəzza zolağında hərbi əməliyyatlar aparılan ərazidən əsir götürülmüş yüzlərlə yaraqlını daşıdığını göstərən videolar yayılıb.

Əsirlər ağır pulemyotlarla təchiz edilmiş müşayiət karvanı tərəfindən mühafizə olunan yük maşınlarında İsrailə göndərilir.

Xuraman Etibarlı

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv