!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail ordusu Qəzzanın qərbini nəzarətə aldı

!Reklam – Yazi

İsrail Müdafiə Ordusu (İMO) Qəzza şəhərinin qərbini nəzarətə alıb və təmizləyib, daha sonra əməliyyatın növbəti mərhələsinə keçib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

“Son 24 saat ərzində Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsini başa çatdırdıq. Növbəti mərhələyə keçdik… Əməliyyat aydın, hədəflər seçilərək və çox qətiyyətlə davam edir və həyata keçirilir”, – Qallant ordu bazalarından birinə səfəri zamanı deyib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb./Report/

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv