!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail ordusu Rəfahın şərq məhəllələrini boşaltmağa başladı – Hücum üçün tarix verildi

!Reklam – Yazi

İsrail ordusu bir milyondan çox məcburi köçkün fələstinlinin sığındığı Qəzza zolağının cənubundakı Rəfah şəhərinin bəzi hissələrini boşaltmağa başlayıb.

Yenicag.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN telekanalının məlumatına görə, İsrail ordusu Rəfahın şərqində İsrail sərhədi yaxınlığında yerləşən məhəllələri boşaltmağa başlayıb.

“The Times of Israel” yazır ki, İsrail ordusu Rəfahın şərq məhəllələrindən olan fələstinliləri Əl-Məvasi və Xan Yunusdakı “humanitar zonalara” köçməyə çağırıb.

Qəzza zolağının cənubundakı Rəfah şəhərinin əhalisi 2023-cü il oktyabrın 7-də İsrailin kütləvi hücumları başlamazdan əvvəl təxminən 280 min nəfər idi. Hücumlar başlayandan bəri Qəzza zolağının 2,3 milyon sakinindən 1,9 milyonu didərgin düşüb.

Köçkünlərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz zona” elan etdiyi Rəfahda yerləşir. Beləliklə, şəhərin əhalisi bir milyon yarıma çatıb.

Yaşayış yerinin kifayət qədər olmaması səbəbindən yüz minlərlə fələstinli brezent və parça parçalarından tikilmiş müvəqqəti çadırlarda yaşamağa məcburdur.

İsrail ordusu tez-tez Rəfah şəhərinə hücum edir. Qurudan hücum başlasa, mülki əhalinin qaçmağa yeri qalmayacaq.

Beynəlxalq ictimaiyyətin Rəfaha hücum planlarından əl çəkməyə çağırışlarına baxmayaraq, Netanyahu dəfələrlə hücum planını təsdiqlədiyini bildirib.

Aprelin 8-də İsrail hökumətinin başçısı hücumun tarixinin artıq müəyyən olunduğunu bəyan edib.

İsrailin KAN telekanalı Rəfahda quru hücumunun “çox yaxında” başlayacağını bildirib.

www.yenicag.az

91
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv