!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsrail ordusuna daha 7 min əsgər lazımdır” - Ynet

!Reklam – Yazi

“İsrail ordusuna ən azı 7000 əsgər lazımdır”.

İsrail ordusunu ən azı 7000 əsgərlə doldurmaq lazımdır ki, bunun da yarısı döyüş bölmələri üçündür.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrinin sorğusuna cavab olaraq Baş Qərargah məlumat yayıb. Bildirilir ki, İsrail ordusuna daha yeddi min əsgər lazımdır.

Bundan əlavə, ordu zabitlərin və çağırışçıların sayının artırılmasını tələb edir. Lakin Maliyyə Nazirliyi tariflərin yalnız üçdə birini maliyyələşdirməyə hazırdır.

Qeyd olunur ki, HƏMAS-la müharibə başlayandan təqribən 582 İsrail əsgəri ölüb, minlərlə yaralı var.

Bir çox komandirlər də öldüyündən onların yerinə başqaları tapılmalıdır.

“Şimal və cənubdakı həssas sərhədlərdə daha iki batalyonun müntəzəm olaraq təmas xəttini tutması tələb olunur”, – məqalədə qeyd edilir.

Xuraman Etibarlı

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv