!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail Prezidentinin Türkiyə səfəri: "Bu, rəsmi Ankaranın əlini gücləndirəcək" - ŞƏRH

!Reklam – Yazi

“Dövlət və hökumət rəhbərləri bir-birlərilə bağlı qarşılıqlı olaraq xoş sözlər deyir, səfərlərə dəvət edirdilər”.

Bu fikirləri İsrail Prezidentinin baş tutacaq Türkiyə səfərini və iki ölkə arasındakı münasibətlərin perspektivləri haqqında danışan beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Analitik bildirib ki, İsraillə münasibətlərin normallaşması Yaxın Şərq siyasətində Türkiyənin əlini gücləndirəcək:

“Türkiyə ilə İsrail arasında münasibtələrin bərpasında Birləşmiş Ərəb Əmirliklərinin rolu olub, vasitəçilik ediblər. Birbaşa təmaslar olmasa da, hər iki ölkənin Xarici İşlər Nazirliklərinin rəsmiləri ilə görüşlər keçiriblər. Nəticədə, münasibətlərdəki gərginlik azalıb. Dövlət və hökumət rəhbərləri bir-birlərilə bağlı qarşılıqlı olaraq xoş sözlər deyir, səfərlərə dəvət edirdilər. İsrail Prezdentinin Türkiyəyə səfərinin müsbət nəticələri olacaq. Hər zaman demişəm ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin qurulması fələstinlilərə də sərf edir. Bu, Türkiyənin də maraqlarına cavab verir. Konkret olaraq, Yaxın Şərq siyasətində, Misir və Yunanıstanla bağlı məsələlərdə Türkiyənin lehinədir. Aralıq dənizi məsələsində İsraillə diplomatik münasibətlərin qurulması, onunla masa ətrafına əyləşilməsi rəsmi Ankaranın əlini gücləndirəcək”.

Türkiyəli rəsmilərin sabahkı Qüds ziyarəti ilə bağlı Teymur Qasımlı bunları söyləyib:

“Bu, Türkiyənin dövlət maraqlarına xidmət edir. ABŞ ilə Türkiyə arasındakı münasibətlərin heç də yaxşı olmadığını nəzərə alaraq onu deyə bilərəm ki, sabahkı Qüds səfəri və diplomatik təmaslar lobbiçilik baxımından da dəyərləndirilməlidir. Bu, tarixi səfər olacaq”.

Aqil Bəkir

www.yenicag.az

1025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv