!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail qoşunlarını Qəzzadan çıxarır? – Ağ Ev rəsmisi baş verənləri şərh etdi

!Reklam – Yazi

ABŞ prezident administrasiyası bildirib ki, Qəzza zolağının cənub hissəsində İsrail hərbçilərinin sayının azaldılması istirahət və yenidən silahlanma ehtiyacı ilə bağlıdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “ABC News”a müsahibəsində bildirib.

Onun fikrincə, bu, İsrailin Qəzzada yeni əməliyyatlar aparmasına işarə etmir.

“Bizim anladığımız qədər, həm də onların açıq bəyanatlarına əsaslanaraq, söhbət yalnız bu qoşunların istirahəti və yenidən təchiz edilməsindən gedir”, – Kirbi bildirib.

Bazar günü İsrail Qəzzanın cənubundan qoşunlarını çıxardığını və orada yalnız bir briqada qaldığını bildirib.

Eyni zamanda, Qüds və HƏMAS qruplaşması altı aydır davam edən münaqişədə mümkün atəşkəslə bağlı yeni danışıqlar üçün Misirə nümayəndələr göndərib.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok HƏMAS silahlılarını İsraildə əsir götürülən girovları dərhal azad etməyə və silahlarını yerə qoymağa çağırıb.

Bu arada Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron bazar günü İsrailin 7 nəfərin ölümü ilə nəticələnən yardım karvanına hücumundan sonra İsraili beynəlxalq humanitar qanunlara hörmət etməyə çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl İsrailə xəbərdarlıq etmişdi ki, Qəzzadakı mülki şəxslərə humanitar yardım sabit və fasiləsiz şəkildə çatdırılmalıdır.

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ona xəbərdarlıq edib ki, ABŞ-ın Qəzza zolağında gələcək siyasəti İsrailin mülki əhali arasında itkilərin qarşısını almaq üçün görəcəyi işlərdən asılı olacaq.

Yenicag.az

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv