!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail Rusiyanı günahlandırdı: “SES-i onlar partladıb”

!Reklam – Yazi

İsrail Ukraynadakı su elektrik stansiyasında baş vermiş partlayışa görə Rusiyanı günahlandırıb.

Yenicag.az xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Kohen müsahibəsində Ukraynanın cənubundakı Xerson vilayətindəki “Kaxovskaya” su elektrik stansiyasında baş verən partlayışı şərh edib.

Onun sözlərinə görə, “Kaxovskaya” SES-in bəndini partladan Rusiya olub.

“Bizim təxminlərimizə görə, bəndi Rusiya partladıb”, – Eli Kohen bildirib.

Xatırladaq ki, partlayış nəticəsində onlarla yaşayış məntəqəsi su altında qalıb. Əhalinin ərazidən kütləvi təxliyəsi həyata keçirilib.

Kreml insidentdə iştirakını inkar edib, dünya liderləri, o cümlədən ABŞ Prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının sədri Çarlz Mişel və başqaları hadisəni pisləyib, Rusiyanı günahlandırıb.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv