!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail səfirliyinin qarşısında kişi özünü YANDIRDI - FOTO/VİDEO

!Reklam – Yazi

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti İsrail səfirliyinin qarşısında özünü yandırıb.

Yenicag.az xəbər verir ki, amerikalı zabit dəhşətli aksiyanı Twitch media platforması canlı yayımlayıb.

Sonradan görüntülər sosial şəbəkədən silinib.

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Amerika və İsrail siyasətçilərinin Qəzza zolağındakı hərəkətlərinə etiraz etmək üçün Vaşinqtondakı İsrail səfirliyi qarşısında özünü yandırıb.

O, “soyqırımın ortağı” olmaq istəmədiyini bildirib və “Fələstinə azadlıq” qışqıraraq yanacağı üzərinə töküb.

ABŞ paytaxtı yanğınsöndürmə xidmətinin məlumatına görə, kişi “kritik və həyatı üçün təhlükə yaradan xəsarətlərlə” xəstəxanaya aparılıb.

İsrail səfirliyinin nümayəndələri mətbuata bildiriblər ki, heç bir əməkdaş xəsarət almayıb.

Qeyd edək ki, bu, ilk hal deyil. Dekabr ayında da bir etirazçı İsrailin Atlantadakı konsulluğu qarşısında özünü yandırıb. Hadisə yerində Fələstin bayrağı tapılıb.

Xuraman Etibarlı

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv