!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail tankları Qəzza zolağına daxil oldu

!Reklam – Yazi

İsrail Müdafiə Qüvvələri ( IDF) tanklarla Qəzza zolağına daxil olub. 

Yenicag.az xəbər verir ki, bu barədə IDF “Telegram” kanalında məlumat verilib.

Bildirilir ki, bu, “döyüş əməliyyatlarının növbəti mərhələləri”, yəni quru əməliyyatına hazırlıq məqsədilə həyata keçirilib.

“Əməliyyat zamanı əsgərlər çoxsaylı terrorçuların infrastrukturunun və tank əleyhinə raket buraxılış sistemlərinin yerini müəyyənləşdirib və onlara hücum edib, döyüş meydanını hazırlayıblar. Aksiya başa çatdıqdan sonra əsgərlər ərazini tərk ediblər”, – deyə İDF məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox insanı ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv