!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail tarixində ilk dəfə neft ixrac edib

!Reklam – Yazi

İsrail neft ixracatçısı olub.

“Financial Times” nəşrinin məlumatına görə, ixrac üçün nəzərdə tutulan xam neftin ilk partiyası bazar ertəsi İsrailin Kariş yatağından yüklənib.

Kariş yatağı bilavasitə iki ölkənin dəniz sərhədində yerləşdiyi üçün uzun illərdir İsrail və Livan arasında ərazi mübahisəsinin obyekti olub. Yalnız 2022-ci ilin oktyabrında İsrail hökuməti ABŞ-ın dəstəyi ilə Livanla dəniz sərhədinin müəyyənləşdirilməsinə dair müqavilə bağlayıb və bunun əsasında Kariş İsraillə, qonşu Qana yatağı isə Livanla qalıb.

Buna baxmayaraq, İsrail neftin ilk ixrac partiyasının daşınması zamanı əlavə təhlükəsizlik tədbirləri görüb. Yataqdan neft götürən tanker izləmə sistemlərini söndürüb ki, onun sonrakı marşrutunu izləmək mümkün olmasın. Bundan əlavə, tankeri yanğınsöndürən gəmi müşayiət edib. İsrail neftinin alıcısının kim olduğu məlum deyil.

İsrail yatağı ötən ilin sonundan Yunanıstanın “Energean” şirkəti tərəfindən işlənib. Fransanın “TotalEnergies” şirkəti isə bu ilin sonunda Livan yatağından neft hasil etməyə başlayacaq.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv