!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail tarixinin ən bahalı MÜHARİBƏSİ - Rəqəmlər açıqlandı

!Reklam – Yazi

İsrail və HƏMAS arasında 2023-cü il oktyabrın 7-də başlayan müharibə Yəhudi Dövləti tarixində ən bahalı müharibə olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Ynet” saytı yazıb. “Ynet” üç aylıq müharibədən sonra bildirib ki, yanvarın 7-də yenilənmiş rəqəmlər müharibənin dəyərinin artıq təxminən 58 milyard dollara yüksəldiyini göstərir.

“Ynet” jurnalistləri hesablamalar apararkən İsrail hərbçilərinin (o cümlədən 300 min ehtiyatda olan hərbçilərin) saxlanması və ödənişi, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş müəssisələrə kompensasiyaların ödənilməsi xərclərini nəzərə alıblar.

Bundan əlavə, Livandan atəşə tutulması nəticəsində dəymiş ziyan, həmçinin ölkənin şimal və cənubundan təxliyə edilən 125 min israillinin yaşayış yerinin saxlanması və ödənişi də nəzərə alınıb.

Xuraman Etibarlı

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv