!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail xarici işlər naziri bu gün Azərbaycandan Türkmənistana gedir

!Reklam – Yazi

İsrail xarici işlər naziri Eli Kohen bu gün Türkmənistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin yerli mediası məlumat yayıb.

Bildirilib ki, İsrail xarici işlər nazir Eli Kohen bu gecə Türkmənistana səfər edəcək.

Səfər çərçivəsində İsrail XİN başçısı Eli Kohen Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən qəbul ediləcək, türkmənistanlı həmkarı Rəşid Meredovla görüşəcək.

Eyni zamanda israilli nazir Türkmənistanın kənd təsərrüfatı naziri və yerli yəhudi icmasının üzvləri ilə də görüşəcək.

Səfər çərçivəsində İsrailin Türkmənistandakı səfirliyinin açılış mərasiminin də keçiriləcək.

Qeyd edək ki, Eli Kohen son otuz ildə Türkmənistana səfər edən ilk İsrail naziri olacaqdır. O zaman xarici işlər naziri olan Şimon Peres 1994-cü ildə Aşqabadda səfərdə olmuşdur.

İsrailin xarici işlər naziri Eli Kohen çərşənbə gecəsi Türkmənistana səfər edəcək və bu, demək olar ki, otuz ildə Mərkəzi Asiya dövlətinə səfər edən ilk İsrail naziri olacaq.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv