!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail Zelenskini qəbul etməkdən İMTİNA ETDİ

!Reklam – Yazi

Zelenski İsrailə buraxılmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Volodimir Zelenski İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi fonunda İsrailə səfər etmək istəsə də, ona bu səfər rədd edilib.

“Zelenski İsrailə səfər etmək arzusunu ifadə edib”, – mesajda deyilir.

Ötən həftə Avropaya səfər edən Ukrayna lideri Yaxın Şərqdə vəziyyətin pisləşməsi və İsrailin fələstinlilərə qarşı müharibəsinin başlaması fonunda yəhudi dövlətinə getmək istəyib. Zelenskinin İsrailə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə birlikdə gələcəyi gözlənilirdi.

Lakin İsrail hakimiyyəti ABŞ dövlət katibinin səfərini təsdiqləsə də, Zelenskini qəbul etmək istəməyib.

Kiyevə diplomatik kanallar vasitəsilə bildirilib ki, indi ölkəyə səfər etmək üçün uyğun vaxt deyil və Zelenskinin səfəri üçün də düzgün vaxt seçilməyib.

Xuraman Etibarlı

 

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv