!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə Azərbaycan səfirliyi açılır? - Rəsmi Bakıdan İrana gözdağı - ŞƏRH

!Reklam – Yazi

İranın son zamanlarkı anti-azərbaycan davranışları cəmiyyətdə səfirliklərin fəaliyyətini də gündəmə gətirib. Xüsusən də daim ermənilərə dəstək olan İranın Ermənistanda, Ermənistanın da İranda səfirliyinin olması fonunda Azərbaycanın hər zaman yanında olan İsraildə ölkəmizin səfirliyinin olmaması müzakirə predmenti olub.

Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illər məhz İrana görə İsraildə səfirlik açmırdı, yəni rəsmi Bakı Tehranın İsrail həssaslığını anlayır və bunu nəzərə alırdı:

“Lakin 44 günlük müharibə və ondan sonrakı proseslər bizə göstərdi ki, rəsmi Tehran nəinki Bakını narahat edən məsələləri diqqətə almır, yeri gəlsə, təhdid belə etməkdən çəkinmir. Bir halda ki, İran öz əsl üzünü göstərdi, rəsmi Bakı da adekvat cavab verməlidir. İsrail müstəqilliyin illk illərindən etibarən Azərbaycanın yanında olub və siyasi, diplomatik, hərbi, iqtisadi yardımını əsirgəməyib. Bu gün də iki ölkə arasında qarşılıqlı münasibətlər mövcuddur. Bütün bu reallıqlar fonunda Azərbaycan ən qısa müddətdə İsraildə səfirlik açmalıdır. Hətta bu səfirlik məhz İsrailin müstəqillik günü olan 14 may tarixində açılmalıdır. Rəsmi Bakı bu addımla həm İrana lazımi xəbərdarlığı edə, həm də İsrail-Azərbaycan münasibətlərini növbəti səviyyəyə keçirə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv