!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə Azərbaycan səfirliyinin açılması: İqtisadi tərəfdaşlığa necə təsir edəcək? - EKSPERT RƏYİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ötən həftələrdə İsraildə Azərbaycan səfirliyi açılıb. Şübhəsiz ki, bu hadisə İsrail və Azərbaycan arasında olan diplomatik münasibətlərə təsir edəcək. Diplomatik münasibətlərdən də əlavə iki ölkə arasındakı tərəfdaşlıq münasibətləri güclənəcək.

Bəs bu tərəfdaşlıq iqtisadi münasibətlərə necə təsir edəcək? İsrail və Azərbaycan arasında hansı müqavilələr imzalanacaq?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, səfirlik açılmamışdan öncə də iki ölkə arasında iqtisadi tərəfdaşlıq olub:

“Azərbaycanla İsrail arasındakı münasibətlər daha əvvəl enerji sahəsində daha güclü idi. İsrail Azərbaycan neftinin ən böyük alıcılarından biridir.

Yəni İsrail həmişə ilk 3-lükdə yer tutur. Səfirliyin açılması digər sahələrdə də əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Çünki səfirlik olmayanda texniki sənədlərin idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsində müəyyən boşluqlar yaranır. Bu da müxtəlif müqavilələrin yaranmasında hüquqi cəhətdən çətinlik yaradırdı.

İndi səfirlik açıldığına görə, həm ticarət, həm də hüquqi nümayəndəlik fəaliyyət göstərəcək. Hər iki ölkənin şirkətləri arasında müqavilələr bağlanacaq, hüquqi tərəfdaşlıqlar ediləcək və sair”.

Şahanə Paşa

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv