!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə etirazçılar Netanyahunun iqamətgahına keçməyə cəhd etdilər

!Reklam – Yazi

Yerusəlimdə Benyamin Netanyahu hökumətinə qarşı minlərlə insan etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, aksiyada Qəzza zolağında saxlanılan israilli məhbusların yaxınları iştirak edib.

Etirazçılar baş nazirin Qərbi Qüdsdəki iqamətgahına polis maneələrini aşmağa çalışıblar. Onlardan bəziləri təhlükəsizlik qüvvələri ilə toqquşub.

Etirazçılar hakimiyyətdən HƏMAS ilə əsirlərin mübadiləsinə dair müqavilə imzalamağı tələb ediblər.

Etirazçılardan birinin yanan məşəli polisə atdığı bildirilir.

Nümayişçiləri dağıtmaq üçün atlı polis və xüsusi texnikadan istifadə edilib.

Polisin məlumatına görə, üç etirazçı saxlanılıb. Bir polis yaralanıb.

Martın 31-də Qərbi Qüdsdə 100 min nəfərin iştirakı ilə hökumətin istefası, erkən seçkilər və Qəzzadan israilli məhbusların geri qaytarılması tələbi ilə kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar nəqliyyatın hərəkətinə mane olub, yanğınlar yandırıb və polislə toqquşublar.

İsrail və beynəlxalq ictimaiyyət Benyamin Netanyahunu siyasi səbəblərə görə Həmas ilə razılaşmadan imtina etməkdə ittiham edir.

Netanyahu hökumətinin yüksək rütbəli üzvləri dəfələrlə bəyan ediblər ki, hakimiyyət üçün prioritet məhbusların qaytarılması deyil, “Həmasın məhv edilməsi”dir.

Yenicag.az

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv