!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə HƏMAS yaralılarının müalicəsi QADAĞAN OLUNDU

!Reklam – Yazi

İsrailin səhiyyə naziri yaralı HƏMAS üzvlərinin müalicəsini qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri  məlumat yayıb. İsrailin səhiyyə naziri Moşe Arbel yaralı HƏMAS yaraqlılarının ölkənin dövlət xəstəxanalarında müalicəsinin rəsmi qadağan edilməsi barədə göstəriş verib.

Səhiyyə Nazirliyi rəhbərinin qərarı mediada fələstinli yaraqlıların dövlət xəstəxanalarına aparılacağı və yaralanan israillilərlə bərabər müalicə olunacağı barədə məlumatlardan sonra verilib.

Arbelin sözlərinə görə, onun rəhbərliyi altında xəstəxanalarda düşmən döyüşçüləri müalicə edilməyəcək. O qeyd edib ki, həkimlər yaralı mülki şəxslərlə yanaşı, İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinə xidmət göstərirlər.

Arbel qərarı ilə bağlı Baş nazir Benyamin Netanyahuya məlumat verib.

Xuraman Etibarlı

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv